Bəhreynin Milli Birlik Cəmiyyəti ölkədə söz azadlığının davamlı olaraq pozulmasından və hakimi rejimin jurnalistlər və fotomüxbirlərin həbsini davam etdirməsindən xəbər verib.
Bəhreynin Milli Birlik Cəmiyyəti bir bəyanat yayaraq, jurnalistlər və fotomüxbirlərin həbsinin artmasını Ali-Xəlifə rejiminin söz azadlığını daha artıq məhdudlaşdırmaq niyyətində olmasının nişanəsi adlandırıb.
Bəyanatda daha sonra deyilir: Ali-Xəlifə rejimi etiraz səsini boğmaq və xalqın istəklərinə göz yummaq istəyir. Amma, xalq öz sivil etiraz aksiyasının başlanmasından üç ilin keçməsinə rəğmən hələ də istək və tələblərinin reallaşması ardıncadır.
Bəhreynin təhlükəsizlik qüvvələri bazar ertəsi günü bəhreynli fotomüxbirlər Əhməd əl-Musəvi və qardaşını Diraz məntəqəsindəki evlərində həbs ediblər. Beləliklə həbs olunmuş fotomüxbirlərin sayı on nəfərə çatıb.
Bəhreyndən daxil olan digər bir məlumata görə, 14 fevral koalisiyası bir bəyanat yayaraq, xalqı cümə günü etiraz aksiyasında iştiraka dəvət edib.
14 fevral inqilabçıları koalisiyası öz bəyanatında həmçinin, xalqı qarşıdan gələn cümə axşamı və şənbə günləri sivil itaətsizliyə dəvət edib.