AsyaAzərbaycanDünyaXƏBƏRLƏR

Azərbaycan böyük şəxslərin meydana gəldiyi məkandır

İran daxili işlər nazirinin müavini deyib ki, Azərbaycan qəribə bir diyar və Bakiri şəhidləri kimi böyük şəxslərin meydana gəldiyi məkandır.

İran daxili işlər nazirinin müavini- Seyid Kazem Mirvələd cümə axşamı günü gecə Azərbaycanın şəhid sərkərdələrinin anım və Şəhid Mehdi Bakerinin şəhadətinin ildönümü günü mərasimində deyib: Azəri olmasam da bütün həyatım bu diyarla bağlıdır və həyatımın ən xoş anları bu diyarda və Bakiri şəhidləri ilə yanaşı keçibdir.
O, əlavə edib: Bu ostanda və ölkədə bir qaş kimi olan Aşura diviziyası da daim inqilabın müdafiəsində öncül və fədakar olubdur, bu üzdən, elə bir gün yoxdur ki, mən Bakiri şəhidləri olmadan yaşayam.
Mirvələd söyləyib: Ağa Mehdi yaranışın parlaq ulduzlarından biri olubdur ki, tarixin bu genişliyində dünyaya gəlib və ümidvaram ki, bugünkü gənclər bu böyük şəhidin rəftar tərzini həyatlarının bütün mərhələlərində özlərinə meyar etsinlər.
O, qeybət və riyakarlıqdan uzaqgəzməni, sədaqəti, yaranış barədə təfəkkürü, bəndəlik məşqini, haram şeyləri tərketməni və vacib işləri yerinə yetirməyi şəhid Mehdi Bakrinin özəlliklərindən adlandırıb və belə deyib: Ağa Mehdi səmavi oldu, çünki səmavi idi və bu böyük şəhidin xatirəsi zehinlərdən silinməməlidir.
Tərbizin İmam Xomeyni(r.ə.) adına Böyük Müsəlla Akt Salonunda keçirilən bu mərasimdə Təbrizin ən yüksək mükafatı şəhid Həmid Bakriinin oğlu- Ehsan Bakiriyə verilib.
Həmçinin Mehdi və Həmid Bakirilərin həyat yoldaşları, Əli Təcəllayi, Nasir Kazemi və Mehdi Zeynəddinə təşəkkür lövhələrinin təqdim olunması ilə minnətdarlıq edilib və Aşura diviziyasının şəhid sərkərdələrinin çıxışlarından ibarət olan “Aşuralıların kəlamları” kitabının təqdimat mərasimi olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu