Suriyanın bir təhlükəsizlik mənbəyi bu ölkə paytaxtı Dəməşqə hava hücumu edən sionist İsrail rejim ordusunun bir neçə qırıcı təyyarədən birinin vurulduğunu bildirib.
Suriyanın bir təhlükəsizlik mənbəyi əl-Minar televiziyasına müsahibəsində deyib: Sionist qırıcılar Hammə, Cəmraya və Cəbəl Qasyun məntəqələrinə avia hücumlar ediblər. Havadan müdafiə atəşləri nəticəsində bir qırıcı təyyarə hədəfə alınıb.
Sionist rejim Dəməşqdə bir təhqiqat mərkəzinə hücum edib
Bununla yanaşı Suriya rəsmi İnformasiya Agentliyi SANA sionist rejimin Dəməşqdə Cəmraya təhqiqat mərkəzinə raket hücumu etdiyini bildirib.
Agentlik bu hücumun tələfatı və ya xəsarəti ilə bağlı məlumat verməyib və yalnız bu hücumun raketlə edildiyini bildirib.
Suriya televiziyası da bu hücumu bildirərək xatırladıb: Sionist rejimin vəhşicəsinə hücumu Dəməşqin ətrafında Şərqi Qutə məntəqəsində qapıları terrorçuların üzünə açmaq məqsədilə törədilib.
ABŞ prezidenti sionist rejimin Suriyaya hücumunu dəstəkləyərək bildirib ki, Təl-Əviv bu işlə özünü müdafiə edir.
Barak Obama həmçinin Vaşinqtonun Suriyaya hərbi qüvvə göndərməyəcəyini deyib.