İranXƏBƏRLƏR

Qum Dini Elmlər Mədrəsələrinin tələbələri və müəllim heyətləri etiraz aksiyası keçiriblər

Qum Dini Elmlər Mədrəsələrinin müəllim və tələbələri terrorçuların Suriyada Peyğəmbər(s.ə.s)-in səhabələrindən olan Hücr ibn Ədinin məzarını açmalarına etiraz olaraq, Feyziyyə mədrəsəsində piket keçiriblər.

Qum Dini Elmlər Mədrəsələrinin müəllim və tələbələrinin etiraz aksiyasında Hücr ibn Ədinin məzarına edilən hörmətsizlik kəskin formada tənqid edilib.

İranın dini elmlər mədrəsələrinin baş müdiri və Qum şəhərinin imamcüməsi- Ayətullah Hüseyni- Buşehri habelə böyük təqlid mərcələrinin nümayəndələri və din alimlərinin iştirakı ilə keçirilən bu etiraz aksiyasının əvvəlində təqlid mərcələrindən Ayətullah-ul-uzma Safi- Gülpayeqani və Ayətullah-ul-uzma Məkarim- Şirazinin İslam Peyğəmbəri(s.ə.s)-in səhabələrindən Hücr ibn Ədinin məzarına edilən hörmətsizliklə bağlı bəyanatları qiraət olunub. Daha sonra tələbələr “Heyhat, Zillət Bizdən Uzaqdır!” şüarını verərək, bu kimi çirkin əməllərə öz nifrətlərini bəyan ediblər.

Tədbirin davamında Qumun imamcüməsi və Dini Elmlər Mədrəsələrinin Ali Şurasının katibi- Ayətullah Rza Ustadi çıxış edərək, Hücr ibn Ədi haqda deyib: Min ildən artıqdır ki, bu məzar şiələrin ziyarət etdikləri məkanlardan olub və sünni alimlər də buna heç vaxt öz iradlarını bildirməyiblər. Amma məhdud saylı dəstə üzvləri nadanlıq üzündən verilmiş bir fitva ilə ziyarəti küfr hesab edib, bir qrup aldanmış muzdlu ünsürü ziyarətgahları dağıtmaq üçün tutublar.

O, İslam ölkələri başçılarına xitabən deyib: Özünüzə gəlin və təkfiri qrupları himayə etməkdən çəkinin. Qərb dövlətləri də məlum deyil, bu kimi cinayətlər qarşısında nə zamana kimi sükut edəcək, şiə gənclərin başlarının kəsilməsi qarşısında gözlərini yumacaqlar.

Ustadi əlavə edib: Qərb mediaları da bu kimi cinayətləri laqeyd qarşılayaraq, özlərinə qarşı ictimai etimadın itirilməsinə səbəb olurlar.

Tədbirin sonunda Dini Elmlər Mədrəsələri müəllimləri və tələbələrinin Hücr ibn Ədinin məzarına edilən hörmətsizliklə bağlı bəyanatı qiraət olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu