AsyaBəhreynDünyaXƏBƏRLƏR

Bəhreynlilər etiraz aksiyalarını davam etdirirlər

Bəhreynin müxtəlif məntəqələri dünən gecə bir daha Ali-Xəlifə rejiminə qarşı aksiyaların şahidi idi.

Bəhreyndə Ali-Xəlifə rejiminin müxalifləri hələ də bu rejimə qarşı özlərinin aksiyalarını davam etdirirlər.
Bu elə bir haldadır ki, Ali-Xəlifə rejimi tam kəskin şəkildə Bəhreyn xalqının aksiyalarını repressiyalara məruz edir.
Bəhreynin Setrə şəhərinin əhalisi fevral ayı üçün proqramlaşdırılan mədəni itaətsizlik aksiyalarına hazırlıq üçün də geniş aksiyalar təşkil ediblər.
Əl-Ali məntəqəsində aksiya keçirənlər Ali-Xəlifə rejimi qüvvələri və məsul şəxsləri tərəfindən şiələrin məscidlərinin dağıdılmasını pisləyiblər.

Əl-Nəvidratda da Ali-Xəlifə rejiminin qüvvələri aksiya iştirakçıları ilə toqquşublar.
2011-ci ilin fevral ayında Bəhreyndə xalq qiyamının başlanmasından bəri Ali-Xəlifə rejimi qüvvələrinin hücumlarında onlarla nəfər ölüb, yüzlərlə nəfər isə həbs edilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu