SuriyaXƏBƏRLƏR

Bəşşar Əsəd: Ordu xalq dəstəyinə malikdir

Suriya prezidenti deyir ki, bu ölkənin durumu yaxşılaşmaqdadır, zira ordu terrorizmlə mübarizədə xalq himayəsinə malikdir.

Bəşşar Əsəd bu sözləri dünən Dəməşqdə Livan partiyaları və bu ölkənin milli qüvvələrinin nümayəndələrindən ibarət bir heyətlə görüşdə söyləyib. Suriya prezidenti bu ölkəni terrorizmin bütün formalarından nicat verəcəyi haqda vəd verib.

O, bildirib ki, Suriya dövləti terrorçularla kompromisə girməyəcək və kəskin tərzdə onlarla mübarizə aparacaqdır.

Belə bir halda, Suriya ordusu bazar günü bu ölkə boyu xarici dəstəklərə malik olan qiyamçılara ağır xəsarətlər vurubdur. Suriya dövlətinin bildirdiyinə görə, qərb və onun regiondakı müttəfiqləri, o sıradan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə qiyamçıları himayə edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu