Suriya prezidenti deyib: Tarix boyu terrorizm həmişə qorxaqların silahı olub.
Bəşşar Əsəd jurnalistlər qarşısında verdiyi açıqlamada vurğulayıb: Yalnız zəif və qorxaq olan terrorizmdən bir silah kimi istifadə edir. Elə buna görə də onlar tələbələrə, müəllimlərə hücum edirlər.
Amma, hamı gördü ki, Suriya ordusu o qorxaqları qaçmağa məcbur etdi. Onlar hər dəfə bir çörək dükanını açıq görəndə qorxdular. Bir tələbənin elm ardınca getdiyini gördükdə qorxdular. Biz öz gündəlik həyatımızı davam etdirdikdə onlar məhv olurlar. İnşallah belə də olacaq.
Suriya prezidenti həmçinin bu ölkə xalqından istəyib ki, öz gündəlik həyatını davam etdirsin.
