Misirli məşhur yazıçı Suriyanın hazırkı prezidentinin bu ölkənin gələcək prezident seçkilərində qalib gələcəyini proqnoz edib.
Əl-Şəb xəbər portalı Məhəmməd Həsəneyn Heykələ istinadən belə məlumat verib: Bəşşar Əsəd Suriyanın gələcək prezident seçkiləri üçün namizədliyi irəli sürəcək.
Suriyada prezident seçkilərinin 2014-cü ildə keçirilməsi qərara alınıb.
Suriya hakimiyyətinin kimyəvi silahlardan istifadə ittihamının yersiz və boş olduğunu bildirən Heykəl sonra deyib: Əsəd hakimiyyətinin kimyəvi silahlardan istifadə etməsi ittihamı Amerikanın uydurmasıdır.
Heykəl Suriya torpağında Amerika və Sionist rejim muzdurlarının fəaliyyət etmələrindən xəbər verərək deyib: Suriyada Amerika və İsrailə bağlı olan şəxslər fəaliyyət göstərirlər ki, son hadisələri haqda özlərinin yüksək səviyyəli başçılarını məlumatlandırırlar.
Terrorçuların özlərinin nəzarətləri olan məntəqələrdəki rəftarlarının cinayətkarcasına olduğunu bildirən Heykəl sonra deyib: Suriyanın şimalında Rəqəh vilayətindəki bəzi məntəqələri işğal edən silahlı qruplaşmalar xalqa qarşı bəzi qanunlar tətbiq edirlər ki, bu qanunları pozanların başını küçələrdə kəsirlər və xalq bu qruplaşmalardan nifrət edirlər.