AvropaDünyaİranXƏBƏRLƏR

Amerika konqresində sionist lobbisinin anti-İran hərəkətləri davam edir

Amerika konqresində sionist lobbisinin yeni sanksiyaların tətbiqi üzrə anti-İran hərəkətləri davam edir.
Beynəlxalq məsələlər üzrə ekspert və siyasi təhlilçi Həsən Beheştipru bu gün şənbə 21 dekabr qəzetində konqres ifratçıları və Amerika dövlətinin heystiyyəti başlığı ilə nəşr etdiyi məqaləsində belə yazıb: Amerika konqresində yeni sanksiyalar təsdiq etmək ardınca olan konqresmenlər ümumiyyətlə Sionist rejim lobbilərinin təsiri altındadırlar.
Bu siyasi məsələ üzrə ekspert sonra deyib: Sionistlər nüvə müzakirələrinin yeni dövrünün başlanmasının əvvəlindən İranla 5+1 qrupu arasında heç bir anlaşmanın imzalanmaması ardınca idilər və bu yolda özlərinin bütün imkanlarından istifadə etdilər. Amma heç bir uğur əldə etmədilər və İran və 5+1 qrupu ilkin razılıq əldə etdilər.
Beheştipur sonra deyib: sionistlər Cenevrə anlaşmasının nəticəsiz qalması üçün yenə də hərəkətə keçiblər və bu dəfə Amerikanın nümayəndələr palatası və onlara bağlı olan lobbilər vasitəsi ilə işin davamında xələl törətməyə çalışdılar. Bu barədə Amerika senatında yeni sanksiyaların ortaya atılmasını sionist lobbilərinin fəaliyyətlərinin yeni dövrü kimi adlandırmaq lazımdır ki, İranla Qərb qüdrətləri arasında heç cür anlaşmaya dözə bilmirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu