Siyasi məsələlər üzrə bir ekspert bildirib ki, Sionist İsrail İran ilə qərb ölkələri arasında davam etməkdə olan müzakirələrin dalana dirənilməsi üçün dəridən- qabıqdan çıxır.
ABŞ senatının keçmiş senatoru Mayk Griol ötən gün (cümə 20 dekbar) Press TV-yə verdiyi müsahibədə İsrailin ABŞ konqressindəki lobbisi vasitəsi ilə İran ilə aparılan müzakirələrin nəticəsiz qalması üçün cəhd göstərdiyini bildirərək deyib: ABŞ hökuməti və ölkə konqressi İran ilə ixtilafları şişirtməklə müzakirələrin nəticəsiz qalması istiqamətdə addımlamırlar lakin İsrail lobbisi var gücü ilə çalışır ki, konqressmenləri məcburiyyətdə qoymaqla İran ilə ABŞ arasındakı müzakirələrin hər bir nəticə əldə edilməsinə maneə törətsin.
Amerika siyasi analiktik deyib: İsrail rjeimi Ərəbistan hökumətinin dəstəyi ilə Amerikanı İraq və Əfqanıstan müharibələrində iştirak etmək məcburiyyətində qoydu bir halda ki, ABŞ xalqı ödədikləri vergilərinin müharibəyə xərclənməsinin tərəfdarı deyillər.
İran ilə 5+1 qrupu arasında ekspertlər müzakirələrinə 2013-cü il 9 dekbar tarixində Cenevrədə strart verilsədə , bu müzakirələr 12 dekabr ABŞ-ın xəzinədarlıq nazirliyinin həmin gün 19 şəxs və şirkətin adlarını İran İslam Respublikasına qarşı tətbiq edilən sanksiyalar çərçivəsində hazırlanmış siyahiyə əlavə etməsi ilə, İran nümayəndə heyəti Tehrana geri döndü.
Müzakirələrin ekspertlər səviyyəsində yeni dövrü cümə axşamı günü (19 dekbar) Cenevrədə başlayıb və bu gün də davam edəcək.