“4-cü Vilayət Hərimi Fədakarları” böyük hərbi təlimlərinin əsas mərhələsində “Soxo-24” strateji qırıcı-bombardmançı və “Fantom”, “Miras” və “Saiqə” qırıcı təyyarələri hava və qurudakı sabit və hərəkətli hədəfləri məhv etməklə öz döyüş əməliyyatlarını uğurla həyata keçiriblər.
“4-cü Vilayət Hərimi Fədakarları” böyük hava hərbi təlimlərinin sözçüsü pilot sərkərdə Hüseyn Çitfuruş deyib: Bu mərhələdə “Soxo-24” strateji bombardmançıları ordunun hava qüvvələrinin gənc mütəxəssisləri tərəfindən hazırlanaraq istifadəyə verilmiş müxtəlif raketləri daşıyaraq dəniz və qurudakı hərəkətli hədəfləri uğurla məhv ediblər.
“F-4″ izləyici qırıcıları gücləndirilmiş Marvik raketləri, hədəfi vuran dəqiq raketlərlə dəniz səviyyəsindəki hərəkətli məqsədləri vurublar” –deyə Çitfuruş bildirib.
Döyüş əməliyyatlarının icra olunması ilə yanaşı ordunun ilahi hava qüvvələrinin sadiq və mütəxəssis həkimlərinin iştirakı və səyyar tibbi qrupların ezam olunması ilə yardım əməliyyatı da hərbi manevrin təşkil olunduğu ümumi məntəqədə icra olunub.