İraq polisi bildirib ki, ölkə paytaxtı Bağdadın müxtəlif məntəqələrində bomba quraşdırılmış avtomobillərin partlayışı, ən azı 21 nəfərin ölümünə səbəb olub.
Röytersin verdiyi məlumata əsasən, partlayışların ən faciəlisi ötən gün (bazar 13 yanvar) sankinlərinin əksəriyyətini şiələr təşkil edən Əş-Şüəyib məntəqəsində baş verib. Ticari bir məntəqədə baş verən həmin partlayış nəticəsində 11 nəfər həlak olub, 28 nəfər isə yaralanıb.
Heç bir qrupun bu partlayışların məsuliyyətini qəbul etməməsinə baxmayaraq, tarraktların Əl-Qaidə qruplaşmasının İraq ordusu əleyhinə həyata keçirdiyi hücumlarının tərkib hissəsi olduğu istisna edilmir.
İraq polisi bildirib ki, silahlı yaraqlılar həmçinin Bağdadın cənubunda bir yoxlama-buraxılış məntəqsinə hücum edərək 3 polis qüvvəsini həlak edib, 4 nəfəri isə yaralayıblar.
2013-cü il İraqın 2008-ci ildən bəri ən qanlı və faciəli ili olaraq qalır və BMT-nin yaydığı statistikaya əsasən, həmin ölkədə təxminən 9 min nəfər həlak olub.
