Malayziyanın yoxa çıxmış təyyarəsinin yeni axtarış əməliyyatına start verilib.
Röytersin verdiyi məlumata əsasən, Malayaziya hava reyslərində yoxa çıxmış təyyarənin axtarış əməliyyatının yeni dövru, Avstraliya dəniz donanması qüvvələrinə aid bir sərnişinsiz hərbi gəmi vasitəsi ilə start verilib. Həmin gəmi şənbə günü (10 may) axtarış əməliyyatlarını davam etdirmək məqsədi ilə Hindistan Okeanına göndərilib.
Bu axtarış əməliyyatı bir halda yeindən başlayır ki, sözü gedən təyyarəsinin axtarışında indiyədək onlarla ölkə iştirak edib.
Malayziya hava yolları şirkətinin MH370 nömrəli uçuş təyyarəsi ötən 8 martda 239 sərnişlə Kuala Lumpur -Pekin hava reysində yoxa çıxıb.