DünyaXƏBƏRLƏR

Malayziya itkin düşmüş təyyarəsinin axtarış əməliyyatı yenidən başlanıb

Malayziyanın itkin düşmüş təyyarəsinin axtarış əməliyyatına yenidən başlanıb.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Malayziya hava yollarına məxsus itkin düşmüş təyyarənin tapılması üçün axtarış əməliyyatında sərnişinsiz sualtı gəmini aparan Avstraliya dəniz qüvvələrinin bir gəmisi şənbə günü bu əməliyyatı davam etdirmək məqsədilə Hind okeanının digər bir hissəsinə doğru yollanıb.

Bu əməliyyat elə bir halda yenidən başlayıb ki, indiyə qədər ondan çox ölkə Malayziya hava yollarına məxsus Boinq təyyarəsinin tapılması üçün çalışmışdır.

8 martda 239 sərnişinlə Malayziya hava yollarına məxsus MH370 uçuş nişanlı təyyarə Kualalumpurdan Pekin istiqamətində uçarkən səmada yoxa çıxıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu