İraq rəsmiləri cümə axşamı günü Bağdadın iki bazarında baş vermiş iki bomba partlayışında ən azı 33 nəfərin həlak olmasından xəbər veriblər.
Bir silahlı şəxs Bağdadın cənubunda bir ailənin beş üzvünü öldürdü.
Bağdadın şimalında bir bazarda dörd bombanın partladılması ən azı 20 nəfərin həlak olması və 71 nəfərin yaralanması ilə nəticələndi. Başqa bir partlayış isə Bağdadın cənubunda əksəriyyəti sünni olan məntəqədə baş verdi ki, nəticədə yeddi nəfər öldü, 21 nəfər isə yaralandı.
İraqda bir yerli polis mənbəyinin bildirdiyinə görə Əbu-Qorəyb məntəqəsində yol kənarında quraşdırılmış bir bombanın partlaması nəticəsində bir mülki həlak oldu, başqa bir nəfər isə yaralandı.