İngiltərənin xarici işlər naziri 5+1 Qrupu ilə İranın xarici işlər nazirlərinin görüşündən sonra bu görüşə hakim olan atmosferin olduqca yaxşı və keçmişlə müqayisədə daha yaxşı olduğunu bildirdi.
Fars Xəbər Agentliyinin verdiyi məlumata görə İngiltərənin xarici işlər naziri Viliyam Hig cümə axşamı günü gecə keçirilmiş İranla 5+1 Qrupu xarici işlər nazirləri arasındakı görüşə hakim olan atmosferin “ çox yaxşı” olduğunu bildirdi.
Bu iclasın yaxşı başlanğıc olduğunu bildirən Hig sonra deyib: hələ müzakirələrin nəticəyə çatmasını bildirmək üçün tezdir. Hig həmçinin deyib: hazırda ehtimali razılaşmanın detalları haqda danışıqların başlanması zamanıdır.
İran və Amerika, Rusiya, İngiltərə, Fransa, Almaniya və Çindən ibarət olan 5+1 Qrupu cümə axşamı günü Nyu-Yorkda ilk dəfə olaraq nazirlər səviyyəsində danışıqlar apardılar.
AB xarici siyasət üzrə koordinatoru Katrin Aştonun bildirdiyinə görə bu müzakirələrin gələcək dövrü oktyabrın 15 və 16-da Cenevrədə keçiriləcəkdir.