ABŞ dövlət katibi müzakirələrin yeni etapında İranlı heyətin danışıq tonu və formatının öncəki müzakirələrlə fərqli olduğunu deyərək, iranlı həmkarı ilə ikitərəfli görüşünün baş tutduğunu da bildirib.
ABŞ dövlət katibi Con Kerri İran və 5+1 Qrupunun xarici işlər nazirlərinin iclasının ardınca mətbuat konfransında iştirak edərək, deyib: Mühüm olan odur ki, bu dəyişiklik və bu müzakirələrin nəticəsi özünü əməldə göstərmiş olsun.
C.Kerri daha sonra dedi: Aydındır ki, bir iclas ilə nəticə əldə etmək olmaz və anlaşmaya nail olmaq üçün hələ çox işlər görülməlidir.
Kerri həmçinin, iclasın kənarında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə ikitirəfli görüşünün olduğunu da bildirib.
İranın xarici işlər naziri də 5+1 Qrupunun xarici işlər nazirləri ilə baş tutan iclasın ardınca verdiyi açıqlamada ABŞ dövlət katibi Con Kerri ilə qısa sürən bir görüşünün olduğunu və ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları ləğv etməli olduğuna təkid etdiyini bildirib.
Məhəmməd Cavad Zərif İrana qarşı tətbiq edilmiş sanksiyaların konstruktiv olmadığını və tamamilə qeyri-qanuni olduğunu vurğulayaraq, deyib: Bu sanksiyalar tamamilə ləğv edilməlidir.
İranın xarici diplomatiya idarəsinin başçısı həmçinin, Con Kerri ilə görüşündə problemlərin həlli istiqamətində hər iki tərəfin ciddi addımlar atmalı olduğuna təkid edildiyini bildirib.Səhər kanalının məlumatına görə,Zərif bu görüşdə Con Kerrinin İranın nüvə işinə xitam verilməsi məsələsində Obamanın qətiyyətli olmasından və İran xalqının hüquqlarına hörmətdən danışdığını deyib.
İranın öz öhdəliklərinə sadiq olduğunun qarşı tərəfin diqqətinə çatdırıldığını bəyan edən Zərif daha sonra deyib: Amerikalılar öz öhdəlilərinə əməl etməli, siyasi həll yolu ardınca olmalı və öz xarici siyasətlərində uzaqgörənliyə, ayıqlığa və İran xalqının hüquqlarına hörmətlə yanaşmağa yer ayırmalıdırlar.
O həmçinin ümidvarlıq edib ki, bu iclas və əldə olunan anlaşmalar qarşılıqlı etimadın yaranmasına və problemlərin fürsətə çevrilməsinə kömək etsin.