İranXƏBƏRLƏR

Ayətullah Kermani: İran xalqı, nüvə danışıqlarında İslam Respublikasının izzətinə xələl gəlməsinə icazə verməyəcək

Tehranın cümə namazı xətibi deyib: İran xalqı nüvə danışıqlarında İran İslam Respublikasının izzəti və hörmətinə xələl gətirilməsinə heç vaxt icazə verməyəcək.

Ayətullah Məhəmməd Əli Müvəhhidi Kermani bu gün Tehranın cümə namazı xütbələrində İran və 5+1 Qrupu arasındakı müzakirələrin bərabər və qarşılıqlı imtiyaz şəraitində keçirilməli olduğunu vurğulayaraq, deyib: Qərblilərin tamahkar olduğuna görə, nüvə danışıqlarında İranın onlardan imtiyaz almayacağı təqdirdə, qərblilər İrandan daha artıq imtiyaz istəyəcəklər.

Ayətullah Müvəhhidi Kermani nüvə danışıqlarının İran İslam Respublikasının sülhsevər dəyərləri və ideyalarının dünyaya tanıtdırılması üçün münasib fürsət olduğunu deyərək, vurğulayıb: İranlı müzakirəçilər dünyaya sübut etməlidirlər ki, qərblilərin xüsusilə də Amerikanın bütün səyləri dünyada İranofobiya siyasətini yaymağa xidmət edir.

Tehranın cümə namazı xətibi İranın nüvə müzakirəçilərinə tövsiyə edib ki, danışıqlarda tam ayıqlıq və bəsirət ilə iştirak etsinlər və qarşı tərəfin bütün hiylələrindən tam agahlıqla İslami İranın ideyaları və mənafeyini himayədə ciddi cəhd göstərsinlər və bütün mövcud imkanlar və potensiallardan istifadə edərək, İranın nüvə hüququnu müdafiə etsinlər.

Ayətullah Müvəhhidi Kermani ABŞ rəsmilərinin İran əleyhinə yönəlmiş son çıxışlarına işarə edərək, deyib: Amerikalıların təhdidləri və bu kimi çıxışları sübut edir ki, 24 noyabrda Cenevrədə əldə olunmuş anlaşma Amerikalıların İrana qarşı düşmənçiliklərinin azalmasında heç bir təsirə malik olmayıb və onların İrana qarşı yanlış ifadələrdən istifadələrə son qoymadıqları və İran xalqı ilə hörmət əsasında davranmadıqları zamana kimi iranlılar onlara etimad etməyəcəklər.

Tehranın cümə namazı xətibi ABŞ-ın İran ilə düşmənçiliyinin İran quruluşunun islami mahiyyətə malik olmasından mənşə aldığını deyərək, əlavə edib: İran İslam Respublikası hegemonçuluğun rədd edilməsi üzərində qurulub. Bu isə ABŞ üçün böyük və qəbuledilməz bir problemdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu