İranXƏBƏRLƏR

İranın araşdırma və kosmik nəzarət bazası istifadəyə verilib

İran İslam Respublikasının ilk araşdırma və kosmik nəzarət bazası prezidentin iştirakı ilə istifadəyə verilib.

Bu mərkəzin inşasında məqsəd kosmik cisimlərin izlənilməsidir.

İmam Sadiq (ə) adlandırılan İran İslam Respublikasının ilk araşdırma və kosmik nəzarət bazasında radar izləmə, elektro-optik izləmə, radio-izləmə üzrə üç izləmə üsulu vardır. Bu mərkəz axtarış və kosmik cisimləri izləmək qabiliyyətinə malikdir.

İran İslam Respublikasının müdafiə naziri Müdafiə Nazirliyinin elektronika mütəxəssisləri tərəfindən dizayn olunan və düzəldilən bu böyük milli layihənin açılış mərasimində deyib: Ölkənin kosmik sistemlərinin təhlükəsizliyini təmin etmək istiqamətində kosmik cisimlər, xüsusilə də ölkənin səması üzərindən keçən peykləri daim araşdırmalıyıq.

General Əhməd Vəhidi əlavə edib: Bu bazanın istifadəyə verilməsi ilə İranın kosmik texnologiya halqası təkmilləşdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu