İraqın paytaxtı Bağdadda baş vermiş partlayışda 15 nəfər həyatını itirib.
İraqın təhlükəsizlik rəsmiləri bildiriblər: Bomba quraşdırılmış bir avtomobilin paytaxt Bağdadda partladılması 15 nəfərin həyatına son qoyub.
Həmçinin, bu hadisədə 32 nəfər yaralanıb. Bundan öncə, cümə günü Samirə şəhərində baş vermiş terror hücumlarında 7 nəfər ölmüş, 12 nəfər isə yaralanmışdı.
İraqın müxtəlif şəhərləri ötən aylar ərzində əcnəbilərdən asılı ünsürlərin təhriki ilə artmaqda olan gərginliyin şahididir.
