Beynəlxalq Amnistiya Təşkilatının baş katibi ABŞ-ın casusluq proqramları ilə bağlı ifşaçılıqları himayə etdiyini bildirib.
Salil Şati Avstriyada çıxan “Viner Tsaytonq” qəzetiilə müsahibədə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı olmuş Edvard Snovdenin ifşaçılıqlarını müdafiə edərək, Vaşinqtonun Snovdenə qarşı rəftarlarında insaflı olacağına şübhə ilə yanaşdığını bildirib.
Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Snovdenin Amerikaya təhvil verilməsini təhlükəli adlandırıb və deyib: Snovdenin sığınacaq almaq haqqı var. Xüsusilə onun ifşaçılıqlarının ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin insan haqlarını pozduğunu aşkar etdikdən sonra.
Salil Şati ABŞ-ın casusluq proqramlarını dəhşətli adlandırıb və deyib: Quantanamo zindanını və Snovdenin ifşaçılıqlarını nəzərə alaraq, demək lazımdır ki, Milli təhlükəsizlik ehtiyacları ilə Amerika xalqının vətəndaş hüquqlarının qorunması arasındakı tarazlıq pozulub.