Beynəlxalq Amnistiya Təşkilatı Misirin məsul şəxslərinin Məhəmməd Mursinin himayəçilərinin telekanallarını bağlamaq və bu telekanalların diktorlarını həbs etmək üzrə hərəkətlərini kəskin tənqid edərək, bu hərəkəti söz və ifadə azadlığına zərbə adlandırıb.
Beynəlxalq Amnistiya Təşkilatı Misirin məsul şəxslərinin Məhəmməd Mursinin himayəçilərinin telekanallarını bağlamaq və bu telekanalların diktorlarını həbs etmək üzrə hərəkətlərini kəskin tənqid edərək, Misirin təhlükəsizlik qüvvələri, o cümlədən bu ölkə ordusundan istəyibdir ki, Mursinin kənarlaşdırılmasından sonra xüsusiyyət təşkil etməklə, insan haqlarını himayə habelə insanların siyasi bağlılıqları nəzərə alınmadan hamının salamatlığı üzrə özlərinin bütün səylərini həyata keçirsinlər.
Misir Ordusunun yumşaq çevrilişindən sonra bu ölkənin Daxili İşlər Nazirliyinin qüvvələri Misirin Müsəlman Qardaşlar Qrupuna bağlı peyk kanalları olan Əl-Hafiz, Misiri-25, Əl-Xəliciyyə, Əl-Fəth, Əl-Nas və Əl-Rəhmə telekanallarını fəaliyyətini dayandırdırlar.