Misirdə kobudluqlar və zorakılıqların genişlənməsi habelə, 4 şiənin qətlə yetirilməsinin ardınca Beynəlxalq Amnistiya Təşkilatı Misir prezidenti Məhəmməd Mursidən istəyib ki, dərhal Misir şiələrinə qarşı yönəlmiş etnik və məzhəbi zorakılıqlar və kobudluqlarla ciddi rəftar etsin.
Beynəlxalq Amnistiya Təşkilatı Mursidən istəyib ki, məzhəblərarası zorakılıqlara məruz qalan Misir şiələrinin təhlükəsizliyini təmin etsin.
Beynəlxalq Amnistiya Təşkilatı əlavə edib: Sələfi və ifratçı müsəlman qruplar son həftələr ərzində öz rəftarları o cümlədən cümə namazlarında təhrikedici çıxışları və şiələrin ölkədən qovulmasına yönəlmiş çağırışları ilə əhalini şiələrə qarşı təhrik etməyə çalışırlar.