SuriyaXƏBƏRLƏR

Suriyada hannibalizmlə məşğul olan terrorçu BBC-nin qonağı oldu

İngiltərənin BBC xəbər agentliyi Suriyada hannibalizmlə məşğul olan terrorçunu himayə edərək, onun bu çirkin hərəkətini əsaslandırmağa çalışdı.

Bir müddət öncə Suriyada Əsəd hökumətinə qarşı savaşan terrorçuların komandanlarından olan Əbu Səğar kameralar qarşısında bir suriyalı əsgərin sinəsini parçalayaraq, ürəyini çıxartması və daha sonra onu dişlərinə çəkməsi zamanı təsəvvür belə etmirdi ki, bir gün BBC bu mənfur əməli müdafiə etmək üçün ona öz tribunasında yer verəcək.
Əbu Səğar cümə günü BBC-nin xəbər buraxılışında suriyalı əsgərin sinəsini parçalaması və onun ürəyini çıxardaraq, dişlərinə çəkməsini müdafiə edib və deyib: “Bundan daha pisini də edəcəyəm. Hələ harasıdır. Əgər bizə silah verməsələr və uçuşa qadağa zonası elan etməsələr, daha pisini edəcəyik.”
Əbu Səğa Suriya ordusunun sivil insanları qırdığını iddia edib və deyib: Sinəsini parçalayaraq, ürəyini yediyim suriyalı əsgərin üzərindəki cib telefonunda onun bir ana və qızlarına vəhşicəsinə təcavüz etməsi ilə bağlı videoyazı var idi.
Maraqlıdır ki, BBC-nin aparıcısı ondan ürəyini yediyi suriyalı əsgərin cibindən çıxan mobil telefonda aşkarladığı videoyazının harada olduğunu və nə üçün bu iddianı sübut etmək üçün həmin videoyazını internetdə paylaşmadığını soruşmadı. Halbuki, suriyalı əsgərin sinəsini parçalaması və ürəyini dişlərinə çəkməsi səhnəsini fəxrlə internetdə paylaşmışdı.
Hətta, Azad Suriya Ordusu adlandırılan terrorçu birləşməsinin komandanı Səlim İdrisinin belə BBC-nin müxbiri ilə müsahibədə Əbu Səğarın bu cinayətini üstüörtülü şəkildə olmuş olsa belə, pislədiyi halda, BBC öz xəbər buraxılışında bir dəfə də olsun belə bu “hannibal” terrorçunun suriyalı əsgərlərin ətini yeməsini pisləmədi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu