“Azad Suriya ordusu” adlı terrorçu qruplaşmanın üzvlərindən onlarla nəfəri özlərini Suriya ordusuna təslim ediblər.
Əlməyadin telekanalının məlumatına görə çərşənbə axşamı günü (7 yanvar) Suriyanın paytaxtı Dəməşqin yaxınlığında olan Əl-Məzəmiyyə bölgəsində Azad Suriya ordusu qruplaşmasının terrorçu üzvlərindən 40 nəfəri özlərini bu ölkə ordusuna təslim ediblər. Terrorçulardan bir qrupu yaralıdırlar.
Azad Suriya ordusu adlı terrorçu qruplaşmanın Bəşşar Əsəd hakimiyyəti ilə uzun sürən danışıqları və iki tərəfin atəşkəsin bərqərar edilməsi ilə razılaşması ardınca Suriyadakı terrorçu ünsürlərin özlərini Suriya hərbçilərinə təslim etmələri nəzərə çarpacaq dərəcədə genişlənib.