SuriyaXƏBƏRLƏR

Suriyada iki terrorçu qruplaşmanın qanlı toqquşmaları olub

Suriyanın şimal-qərbində yerləşən Laziqiyyə vilayətində iki terrorçu qruplaşmanın qanlı toqquşması onlarla terrorçunun ölməsi və yaralanması ilə nəticələnib.

Medialar Laziqiyyə vilayətindəki bir suriyalı hərbi mənbəyə istinadən belə bildiriblər: “ Əl-Rəbiə məntəqəsində iki silahlı qrup arasındakı toqquşma zamanı onlarla nəfər ölüb və yaralanıb. İndiyə qədər Suriyada qarət edilmiş malların bölüşdürülməsi haqda silahlı qruplaşmalar arasında bir çox toqquşma baş veribdir ki, nəticədə terrorçulardan onlarla nəfər öldürülüb.

Terrorçu qruplaşmalar Suriya Dövlət Ordusu qüvvələri ilə toqquşma məkanı olan məhəllələrə nüfuzdan sonra Suriyanın Dövlət Ordusu tərəfindən geri oturdurulduqdan öncə xalqın əmtəə-mallarını qarət edirlər. Terrorçular bir çox hallarda qarət edilmiş və oğurlanmış malların bölüşdürülməsi zamanı bir-birləri ilə toqquşurlar.

Suriyanın müxtəlif məntəqələrindən əldə edilən xəbərlərə görə Suriyanın Dövlət qüvvələri ilə terrorçu qruplaşmalar arasındakı toqquşmalar davam edir və ötən gecə və gündüz ərzində Suriyanın Dövlət Ordusu tərəfindən onlarla silahlı ünsür öldürülüb, bir qrupu isə yaralanıb və həbs edilib. Toqquşmaların əksəriyyəti Ədləb, Hələb və Əl-Heske vilayətində baş verib.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı