AsyaXƏBƏRLƏR

Fransada vətəndaşlara qarşı casusluq rüsvayçılığı

Amerika və İngiltərədən sonra Fransada da vətəndaşların şəxsi informasiyalarının yoxlanılması barədə xəbərlər yayılıb. euronews tv-nin verdiyi məlumata görə Fransada çıxan Lomond qəzeti yazıb ki, Fransanın Xarici təhlükəsizlik idarəsi uzun illərdir vətəndaşların telefon danışıqları, Email, SMS və sosial şəbəkələrdəki şəxsi səhifələrindən casusluq edir.

Bu məlumat elə bir şəraitdə yayılır ki, Fransanın daxili işlər naziri Manuel Valls cümə axşamı Amerikanın Avropa ölkələrində casusluq cəhdlərini pisləyərək demişdi ki, bu mövzu isbatlanarsa ABŞ dövləti onun mənfi nəticələri barədə cavabdeh olmalıdır.
Fransa DİN başçısı demişdi ki, Amerika dövlətinin öz müttəfiqlərinə qarşı casusluq fəaliyyətləri əsaslandırılası deyil.
Eyni zamanda Almaniyada Campact adlı bir qeyri hökumət təşkilatı imza toplama kompaniyası apararaq hökumətdən Amerikanın kəşfiyyat planlarını ifşa edən Eduard Esnodenə sığınacaq verməsini istəyib.
Eduard Esnoden Amerikanın sabiq kəşfiyyatçısı olub. O ABŞ-ın kəşfiyyat agentliklərinin casusluq fəaliyyətlərini ifşa etmişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu