“İnsan haqları uğrunda” Ərəb təşkilatının baş katibi Fələstinlilər xüsusi ilə Qəzzə sakinlərinin əzab-əziyyətlərinə son qoyulmasını istəyib.
İnsan haqları uğrunda Ərəb təşkilatının baş katibi Əla Şələbi bir bəyanat yayaraq, Beynəlxalq ictimaiyyətin Qəzzəyə qarşı blokadanın tam ləğv edilməməsində məsuliyyət daşıdığını bildirib, bu blokadaya son qoyulmasına təkid edib.
Ə.Şələbi birləşmiş millətlər təşkilatının insan haqları şurasının işğal olunmuş Fələstin üzrə nümayəndəsi Riçard Folkun ” Qəzzə zolağı həyat göstəricilərini itirməkdədir” başlıqlı son hesabatına toxunaraq deyib: işğalçıların yanacaq və tikinti materiallarının Qəzzəyə daxil edilməsinə imkan verməməsi bu məntəqədə yaşayan Fələstinlilərin həyatına mənfi təsir buraxmışdır.
Rəfəh sərhəd keçidi , Qəzzə zolağında yaşayan 2 milyon Fələstinlinin dünya ilə yeganə əlaqə yoludur. Qəzzə zolağı 2006-cı ildən sionist rejimin blokadasındadır.
