İraqın təhlükəsizlik rəsmiləri paytaxtda əsasən şiə sakinli məntəqələrdə bomba quraşdırılmış avtomobillərin partladılması nəticəsində 32 nəfərin öldüyü və 60 nəfərin yaralandığını bildiriblər.
Bu mənbələr bildirirlər ki, növbəti terror hücumlarında Bağdadın 8 məntəqəsi hədəfə alınıb.
Ötən aylar ərzində İraqda etnik və məzhəbi qarşıdurmalar genişlənib.
Əl-Qaidə ünsürləri İraqda baş verən terror aktlarının məsuliyyətini üzərinə götürən başlıca tərəfdir.