AvropaXƏBƏRLƏR

Fransa, İngiltərə və Avstraliya TŞ-nin dərhal iclas keçirməsini istəyib

Fransa, İngiltərə və Avstraliya müştərək formada Misirdəki gərginliklərin araşdırılması üçün BMT Təhlükəsizlik Şurasının dərhal iclas təşkil etməsini istəyiblər.

Bu 3 ölkənin diplomatının sözlərinə görə, bu iclas razılıq əldə olunduğu halda bağlı qapılar arxasında keçiriləcək.

Bu üç ölkənin müraciəti 500-dən çox insanın ölümü ilə nəticələnən Misir təhlükəsizlik qüvvələri tərəfindən Məhəmməd Mursinin kənarlaşdırılmasına etiraz edənlərin qanlı şəkildə repressiya olunmasından bir gün sonra irəli sürülüb.

Avstraliya Təhlükəsizlik Şurasının qeyri-daimi, Fransa və İngiltərə isə bu şuranın daimi üzvlərindəndir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu