Livan Hizbullahının baş katibi qalan işğal olunmuş ərazilərin azad olunması üçün müqavimət yoluna sadiq qalmağı vurğulayıb.
Seyid Həsən Nəsrullah Eyta əl-Şüəb şəhərində 2006-cı il iyul müharibəsində müqavimətin sionist rejimə qələbəsinin 7-ci ildönümü ilə keçirilən tədbirdə etdiyi çıxışında vətənin və xalqın müdafiəsi və qalan işğal olunmuş ərazilərin azad olunması üçün müqavimət yoluna sadiq qalacağını vurğulayıb.
Seyid Həsən Nəsrullah həmçinin qeyd edib ki, İsrail rejiminin Livanda əyləncə və turistlik dövrü artıq sona çatıb və müqavimət həmişəkindən daha güclüdür. Torpağımıza ayaq basan sionist əsgərlərin ayaqlarını sındıracağıq.
Seyid Həsən Nəsrullah ötən gün Beyrutun cənubunda baş verən partlayışı terror aktı adlandırıb.
Seyid Həsən Nəsrullah bu terror aktı qarşısında beynəlxalq ictimaiyyətin sükutunu da pisləyib.