DünyaXƏBƏRLƏR

ABŞ ordusu nüvə silahlarının saxlanılması kadrlarının xətalarından nigarandır

ABŞ ordusu bir araşdırmada nüvə raketlərinin bir hissəsinin saxlanılması üzrə məsuliyyət daşıyan hava qüvvələrindən birinin zəif funksiyasını müşahidə etdikdən sonra yeni nigaranlıqlarla üzləşib.

Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ mediaları bildiriblər ki, ABŞ-ın nüvə raketlərinin üçdə birinin idarə olunması üzrə məsuliyyət daşıyan bu ölkənin hava qüvvələrinin bölmələrindən biri təhlükəsizlik araşdırması sınağında uğur qazanmayıb.

Bu bölmənin rəisi general Ceyms Koaliski Associated Press İnformasiya Agentliyinə deyib: Bu, ordunun ən həssas məsuliyyətlərindən birini üzərinə götürən bu bölmə üçün 2-ci məğlubiyyətdir.

ABŞ ordusunun hava qüvvələri beynəlxalq hücum dəstəsinin komandanı general Ceyms Koaliski deyib: Ordunun nisbətən aşağı dərəcələrindən təşkil olunmuş qrup bu bölmənin irimiqyaslı araşdırmalarının bir hissəsinin məşqlərində uğur qazana bilməyib.

Amerikalı general təhlükəsizlik səbəblərinə görə bu qrup və yaxud nəzərdə tutulan məşq barəsində ətraflı məlumat verə bilməyəcəyini deyib.

Malmstorm hava bazası ABŞ-ın nüvə raketlərini saxlandığı üç məkandan biridir. Bu bazada 150 nüvə raketi saxlanılır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu