İraqın müxtəlif bölgələrində terror hücumları nəticəsində 12 nəfər həlak olub.
Bu gün Bağdadın cənubunda Əl-Məhmudiyyə məntəqəsində iki bombanın partlaması nəticəsində 9 nəfər həlak olub 28 nəfər isə yaralanmışdır.
Həmçinin terrorçular Bağdadın şərqində bomba quraşdırılmış bir avtomobili partlatmaqla iki nəfəri həlak ediblər, 8 nəfəri isə yaralayıblar.
Həyyül-hürriyə məntəqəsində bir bombanın partlaması 1 nəfərin ölümü və 9 nəfərinisə yaralanması ilə nəticələnib.
Həmçinin İraq polisi bu gün Bağdadın şərqində atəş hücumunda ölən 4 nəfərin cənazəsini aşkarlayıb.
