İraq paytaxtında bu gün baş verən terror hadisəsində onlarla adam ölüb və yaralanıb.
Bu gün İraqın cənubunda yerləşən Misan vilayətinin mərkəzi əl-İmarə şəhərində avtomobilə yerləşdirilmiş bomba portladılıb nəticədə 61 nəfər ölüb, 52 nəfər isə yaralanıb.
Bağdadın cənubunda əl-Mahmudiyyə məntəqəsində də oxşar terror aktı nəticəsində 1 nəfər ölüb, onlarla adam yaralanıb.
İraqda ötən həftə çərşənbə axşamı günündən etibarən İraqın təhlükəsizlik qüvvələri ilə Bəs və əl-Qaidə ünsürlərinin nüfuz etdiyi aksiyaçılar arasında toqquşmalar başlanılıb. Bu vəziyyətin davam etməsi və nəticədə onlarla İraq hərbçilərinin Bəs və əl-Qaidə adamları tərəfindən öldürülməsi İraqda siyasi və təhlükəsizlik vəziyyətinin kövrək olmasına gətirib çıxarıb.