SuriyaXƏBƏRLƏR

“Əl-Qüsəyr Suriyada Benqazi yaratmaq planını iflasa uğratdı

Suriyanın əl-Şəb məclisinin nümayəndəsi bildirib ki, əl-Qüsəyrin Suriya ordusunun nəzarətinə keçməsi bu ölkədə yeni Benqazi yaratmaq layihəsinin məğlubiyyətə uğraması mənasında idi.

Əl-Qüsəyr Suriyada silahlı qruplaşmaların toplanması üçün çox önəmli və böyük bir baza idi. Beləliklə, əl-Qüsəyrin Suriya ordusunun əlinə keçməsi bu ölkəyə silah qaçaqçılığının 60%-nin məhv edilməsi, terrorçu qrupların Livan vasitəsi ilə Suriyaya nüfuz etməkdə aciz qalmaları və bir sözlə Suriyada yeni Benqazinin formalaşmasının məhv olması mənasında idi.

Şərif Şəhadə sonda əl-Qüsəyrin Cenevrə-2 müzakirələrində irəli sürmək üçün silahlı qruplaşmaları himayə edən ölkələrin qələbə kartı olduğunu bəyan edərək deyib: Əl-Qüsəyrdən Suriya, İran və Rusiyaya Cenevrə-2 konfransında təzyiq parametri kimi istifadə etməyə cəhd edənlər hazırda əliboş bu konfransa daxil olacaqlar və bu məsələ ABŞ, Fransa və İngiltərənin vəziyyətlə bağlı siyasətini dəyişdirəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu