Fransada mühüm fəhlə birlikləri və sindikatlarının çağırışı ilə bu ölkədə təqaüdə çıxma qanununda dəyişikliklərə etiraz olaraq, sabah ölkəboyu geniş aksiyalar keçiriləcəkdir.
La Tribun qəzetinin yazdığına görə Fransada mühüm fəhlə birlikləri və sindikatları, o cümlədən Ümumi Əmək Konfederasiyası və Fəhlə Gücü birliklərinin çağırışı ilə bu ölkədə təqaüdə çıxma qanununda dəyişikliklərin həyata keçirilməsinə etiraz olaraq, sabah bütün Fransada geniş aksiyalar keçiriləcək.
Fransada Nazirlər Kabineti bu qanun layihəsini sentyabrın on səkkizində araşdıracaqdır.
Fransa bu qrupa maliyyə balansını geri qaytarmaq üçün təqaüdə çıxma qanununu araşdırmaqdadır və bu dəyişikliklərdən biri təqaüdə çıxma haqqının müddətinin 41.5 ildən 43 yada 44 ilə qədər artırılmasıdır. Bu qanun layihəsinin icra edilməsi təqdirində Fransada 25 yaşında özünün iqtisadi fəaliyyətinə başlayan bir gənc tam təqaüdə çıxma hüquqlarını əldə etmək üçün 44 il təqaüdə çıxma haqını ödədikdən sonra, praktiki olaraq, 69 yaşında təqaüdə çıxacaqdır.