BMT Təhlükəsizlik Şurası cümə günü Suriyanı “əl-Nüsrə Cəbhəsi” terrorçu qruplaşmasını öz sanksiyaları siyahısına əlavə edib.
“Əl-Nüsrə Cəbhəsi”nə sanksiya qoyulmanın səbəbi əl-Qaidə ilə əlaqədə olmaq elan olunub. Bu sanksiyaya əsasən bu qruplaşmanın bütün hesabları dondurulacaq və bu qruplaşma silah embarqosu ilə üzləşəcək.
Bu xəbəri BMT Təhlükəsizlik Şurasında əl-Qaidənin sanksiyaları komitəsi bildirib.
“Əl-Nüsrə Cəbhəsi” terrorçu qruplaşması Suriyada iki il cinayətlər törətdikdən sonra Beynəlxalq ictimaiyyətin bu qruplaşmaya qarşı ilk addımıdır.