Azərbaycanın 6 ayı vaxtı var
BMT Azərbaycan hökumətinə sərbəst toplaşmaq azadlığının təmini, yetkinlik yaşına çatmayanlar üçün ayrıca məhkəmə strukturunun yaradılması, qadınların rəhbər vəzifələrdə təmsilçiliyinin artırılması, korrupsiya ilə mübarizənin davam etdirilməsi, təhsilə qoyulan sərmayənin artırılmasını tövsiyə edib.
Aprelin 30-da BMT İnsan Haqları Şurasının Cenevrə toplantısında Azərbaycana dair Ümumi Dövri Hesabat müzakirə olunub. Azərbaycan hökuməti toplantıdakı tövsiyələri qəbul edib-etməməsi qərarını yaxın 6 ayda verməlidir.
Ədliyyə nazirinin müavini Toğrul Musayev Azərbaycanda məhkəmə islahatlarının davam etdiyini, Məhkəmə-Hüquq Şurasının fəaliyyət göstərdiyini deyib. T. Musayev bildirib ki, hazırda Azərbaycanda 3000 QHT qeydiyyatdan keçib. Azərbaycanda QHT-lərin qeydiyyatının ləğvi ilə bağlı məhkəmə müraciətləri çox nadir hallarda olub.
