SuriyaXƏBƏRLƏR

“Suriyalı-suriyalı milli danışıqlarla böhranı həll etmək mümkündür”

“İran dövləti və xalqı Suriyada islam müqaviməti düşmənlərinin məkrli planlar yaratmalarında Suriya hökuməti və xalqının haqlılığını himayə edir. Habelə kobudluqların dərhal dayandırılmasının zəruriliyini və suriyalı-suriyalı milli danışıqlar yolu ilə böhrandan xilası vurğulayır”.

Bu sözləri İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehi Suriya parlamentinin sədri Məhəmməd Cihad əl-Lihamla görüşdə deyib.

Görüşdə Əli Əkbər Salehi İranın Suriya böhranının dinc yolla həlli məqsədilə müxtəlif regional və beynəlxalq ölkələrlə məsləhətləşmələr aparması, xüsusilə Misir prezidentinin dördtərəfli layihəsi çərçivəsində təsirli səylər göstərməsi ilə əlaqədar məlumat verib və iki ölkə parlamentləri arasında parlament diplomatiyası və əməkdaşlığı faydalı qiymətləndirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu