AsyaDünyaİran

İran, İraq seçkilərini qeyd etdi

İran İslam Respublikasının xarici işlər naziri Ərəb və Afrika işlər köməkçisi İraqda seçkilərin müvəffəqiyyətli bir şəkildə reallaşmasını bu ölkə səlahiyyətliləri, hökuməti və xalqına təbrik etdi.

İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan İraqdakı mövcud vəziyyətə işarə edərək, indiki vaxtda dünyanın İraqın müstəqil bir şəkildə, davamlı inkişaf və təhlükəsizlik yolunda irəliləməsinə şahid olduğunu ifadə etdi.

İraqda xalqın seçkilərə geniş iştirakına işarə edən Abdullahiyan, bu iştirakın, terrorizmin İraqın gələcəyində yeri olmadığının göstəricisi olduğunu ifadə etdi.

Xarici işlər naziri köməkçisi Tehran və Bağdad arasında strateji əlaqələrin, bölgədə sülh, sabitlik və davamlı inkişafın xidmətində olduğunu da sözlərinə əlavə etdi.

Dünən İraqda təşkil edilən 3. dövr parlament seçkilərində, 328 kürsü üçün 9 mini aşan namizəd yarışdı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu