İranXƏBƏRLƏR

Zərif və Fabius görüşüblər

İran İslam Respublikasının xarici işlər naziri Fransanın xarici işlər naziri- Loran Fabius ilə görüşdə deyib ki, İran-Fransa əlaqələrinin yaxşılaşması iki ölkənin ortaq maraqlarına zəmanət verir.
IRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü gecə Fransa Xarici İşlər Nazirliyi məkanında Fabius ilə ikitərəfli görüşünün sonunda IRNA müxbiri ilə müsahibədə əlavə edib: Son illər ərzində bizim Fransa ilə əlaqələrimiz ətalətə düçar olmuşdu və zəruri idi ki, bu əlaqələr tərəflərin müştərək ehtiyaclarına görə, yenidən yaxşılaşaraq, bərpa edilsin.
Zərif bildirib ki, iki ölkə- İran ilə Fransanın əlaqələrində keçmişdəkindən daha artıq şəkildə inkişaf və genişlənmənin şahidi olmaq olar.
O, deyib: Qətiyyətlə demək olar ki, iki ölkə əlaqələrinin yaxşılaşıb yüksəlməsi iki tərəfin xeyrinə olacaq və mövcud nigarançılıqların aradan qaldırılması ilə qarşılıqlı etimad üçün zəmin yaranacaqdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu