Xanım Zəhranın (s.ə) mövlud günü münasibətlə zindandakı ruhani və dindarlar müsəlman Azərbaycan Respublikası xalqını təbrik ediblər.
İslamazeri.az-ın verdiyi xəbərə görə, zindanda olan “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov, Bülbülə ağsaqqalı Hacı Mövsüm Novruzov, “xeber44.com”un təsisçisi Araz Quliyev, “Azadxeber.org”un baş redaktoru Hacı Nicat Əliyev, fəal dindar Ağaəli Yəhyayev və digər məhbuslar Azərbaycanın müsəlman xalqını Xanım Zeynəbin (s.ə) mövludu münasibətilə təbrik ediblər:
“Əvvəla İmam Zaman (ə.f) və onun naiblərini, sonra dünya müsəlmanlarını bu gözəl bayram münasibəti ilə təbrik edirik. Allah biz müsəlmanları qiyamətdə Xanım Zeynəbdən (s.ə) və Əhlibeytdən (ə) ayrı salmasın. Allah bizim xalqı onların məhəbbətlərinə doğru yönləndirsin və səadət nəsib etsin!”.