AsyaDünyaİranXƏBƏRLƏR

İnqilab Rəhbəri: Müsəlmanlar vəhdətə qarşı hər bir amillə mübarizə aparmalıdırlar

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Müsəlmanlar vəhdətə qarşı hər bir amillə mübarizə aparmalıdırlar və bu hamı üçün böyük bir vəzifədir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün İran İslam Respublikası quruluşunun bir qrup rəsmisi və Tehranda keçirilən 27-ci Beynəlxalq İslami Vəhdət Konfransının xarici qonaqlarını qəbul ediblər. Görüşdə Böyük Rəhbər vurğulayıblar: Hazırda müsəlman xalqlar hiss edirlər ki, daha artıq vəhdətə ehtiyaclıdırlar və şübhəsiz sonda bu hərəkət nəticəyə çatacaqdır.

İslam İnqilabının Böyük Rəhbəri söyləyiblər: İmperialist dünyası 65 ildir Fələstinin adını unutdurmağa çalışır, lakin bunu bacarmamışdır və İsrail rejiminin Livan Hizbullahı ilə 33 günlük müharibəsi və Qəzzə zolağında 22 günlük və 8 günlük müharibədə islam ümməti var olduğunu nümayiş etdirdi və ABŞ-ın kapitallarına baxmayaraq saxta və tanınmayan sionist rejiminə möhkəm sili vurdu.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu