AfrikaXƏBƏRLƏR

Misirdə yeni tələfat və xəsarətlər

Dünən Misirdə baş vermiş toqquşmalarda həlak olanların sayı barədə təzadlı rəqəmlər mövcuddur; belə ki, Əl-Cəzirə telekanalı ölənlərin sayını təqribən 55 nəfər elan edib, Müsəlman Qardaşları qrupu isə dünən həlak olanların sayını 31 nəfər qeyd edib.
Rabi Əl-Əduyyə meydanı yaxınlığında Mursinin tərəfdarlarına qarşı hücum zamanı azı 55 nəfər ölüb, təqribən min nəfər də yaralanıbdır.
Bu hücum Misirin daxili işlər naziri- Məhəmməd İbrahimin qanuna əsasən, tezliklə Mursinin tərəfdarlarının Rabi Əl-Əduyyə meydanındakı aksiyalarını dağıdacağını bildirməsindən bir saat sonra baş verib.
Digər tərəfdən, Rabi Əl-Əduyyədəkı bir xəstəxananın məsul şəxsləri bildiriblər ki, Mursinin tərəfdarı olan aksiyaçıların əlli nəfərindən çoxu öldürülüb, təqribən min nəfər də yaralanıbdır ki, onların əksəriyyəti hərbi güllə ilə hədəfə alınıbdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu