DünyaXƏBƏRLƏR

Bakıda Novruz bayramı şənliyi

Martın 19-da Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Novruz şənliklərində iştirak edib.
Prezident Novruz tonqalını alovlandırıb. Sonra bayram şənliyində nitq söyləyib: “Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə həmişə sadiq olub. Bu gün Azərbaycan bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Milli-mənəvi dəyərlər bizim üçün əsas məsələdir. Bizim gənc nəsil bu dəyərlər üzərində milli ruhda, vətənə bağlı böyüməlidir” İlham Əliyev çıxış edərkən belə deyib.
Çıxışında prezident Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. Münaqişənin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində həllini tapmadığını deyən dövlət başçısı Azərbaycanın bütün imkanlardan istifadə edərək məsələnin tezliklə həll olunmasına çalışacağını vurğulayıb: “Azərbaycanla rəqabət aparmaq üçün Ermənistanın nə imkanı, nə insan resursları, nə də ki, iradəsi var”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu