DünyaXƏBƏRLƏR

“Sələfi fitvaları Ali-Səud rejimi tərəfindən etirazçıların repressiyasına zəmin yaradır”

Vəhhabi və sələfi ruhanilərin siyasi fəallara qarşı verdikləri fitvalar Ər-Riyad tərəfindən ərəbistanlı etirazçıların repressiya olunması üçün zəmin yaradır.

Yaxın Şərq məsələləri üzrə ekspert Zeyd Əl-İsa Press TV ilə müsahibədə bildirib: Ali-Səud rejiminə qanunilik və dini dəstək verən vəhhabi-sələfi qurumları tərəfindən təsdiqlənən fitvalara əsasən etirazlarda iştirak edən şəxslərin hamısı əcnəbi, xarici və əcnəbilərin məmurlarıdır.

Əl-İsa əlavə edib: Bu fitvalar Ərəbistan Daxili İşlər Nazirliyinə icazə verir ki, bərabərlik hüququnu və demokratik islahatları tələb etmək üçün dinc etiraz aksiyalarında iştirak edən şəxsləri qəddarlıqla və vəhşiliklə repressiya etməyi elan etsin. Sanki dinc etiraz aksiyasında iştirak edənlər əl-Qaidə üzvlərindəndir.

Ərəbistanda siyasi fəallar deyirlər ki, bu ölkədə 40 mindən çox siyasi məhbus vardır. Onların əksəriyyəti ittihamı bildirilmədən və yaxud mühakimə olunmadan həbsdədir və yalnız şübhəli olmaq ittihamı ilə həbs olunub.

İnsan Haqları Gözətçisi Təşkilatının bildirdiyinə görə, Ali-Səud rejimi normal qaydada hökumət tənqidçilərini repressiya edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu