İranXƏBƏRLƏR

Ruhani: “İranın nüvə məsələsinin yalnız və yalnız müzakirə həll yolu vardır”(4)

İranın yeni prezidenti İranda uranın zənginləşdirilməsinin bir hissəsinin dayandırılması ehtimalı barəsində belə deyib: Əsas budur ki, biz 5+1 qrupu ilə müzakirələri aktivləşdirəcəyik. Nüvə məsələsinin yalnız və yalnız müzakirə həll yolu vardır. Nə sanksiya, nədə ki, təhdid təsirli deyildir. Həll yolu qarşılıqlı etimaddır.

Bəlli olan məsələ İran xalqının təbii haqqıdır və bu gələcək hökumətin nəzərdə tutduğu məsələ olacaqdır. Həmişə zalımcasına sanksiyanın aradan qaldırılması istiqamətində çalışacağıq. Hazırda müzakirələrin kiçik məsələlərinə daxil olmaq lazım deyil.

Ruhani Suriya barəsində digər bir suala cavabda deyib: Xalqımızın nigaran olduğu məsələ daxili müharibədir. Buna və xarici müdaxilələrə son qoyulmalıdır. Suriya xalqının seçdiyi hazırkı hökumət 2014-cü il seçkilərinə qədər iqtidarda olmalıdır və o zamanda Suriya xalqı öz hökumətini seçəcəkdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu