İran xalqının seçilmiş prezidenti Həsən Ruhani özünü “Əhmədinejadçı” adlandıran bir “İran Sefid” qəzetinin görmə qabiliyyətini itirmiş bir jurnalistinin hazırkı hökumət rəsmilərinin rəftarı və ehtimal üzrə onların “biçilməsi” ilə bağlı sualına cavabda deyib: İlk öncə bu qardaşımıza təşəkkürümü bildirirəm. İkincisi isə biz demişik ki, açarımız var, orağımız yoxdur.
Gələcək hökumət layiqliliyi öz iş başlığına çevirəcəkdir. Hazırkı layiqli bütün icraçılar dinləyəcəyəm. Ümidvaram ki, bütün layiqli icraçılardan istifadə olunacaq. Hər yerdə ölkənin başıucalığına səbəb olmalı və düşmənləri naümid etməliyik. Əgər bir şəxs uzaqlaşıbsa, hamını cəzb etməliyik. Əgər bir şəxsin müxalif rəyi varsa, o düşmən hesab olunmamalıdır. Maksimum səyimiz bu olacaq ki, düşmənə İran xalqı qarşısında öz neştərini göstərmək deyil, baş əyməyə məcbur olduğunu anladaq. Xalqımız da bunu nümayiş etdirdi. 72%-dən çoxu seçkilərdə iştirak etdi və göstərdi ki, İranın başıucalığını sevir. Düşmən bu qüdrəti gördü və mütləq düşmənə təsir qoymuşdur. Əgər düşmənlik fikrində olan şəxslər varsa, bunu davam etdirməyəcəklər.