SuriyaXƏBƏRLƏR

Bayden Suriya müharibəsi üçün zəmin yaradır

Amerikanın vitse-prezidenti bu ölkənin Suriyaya qarşı hücumuna ilkin şərait yaratmaq üzrə səydə belə iddia edib: Şübhə yoxdur ki, Suriya hökuməti Dəməşq yaxınlığında kimyəvi silahlardan istifadə sahəsində məsuliyyət daşıyır.

Bayden çərşənbə axşamı günü Huston şəhərindəki çıxışında deyib: Kimin bu hövlak cinayətdə kimyəvi silahlardan istifadə etməsi barədə şübhə yoxdur: Suriya rejimi.

Suriyanın xarici işlər naziri çərşənbə axşamı günü Dəməşqdə keçirdiyi mətbuat konfransında Amerika ilə onun müttəfiqlərini mübarizəyə çağırdı və onlardan istədi ki, Suriya dövlətinin kimyəvi silahlardan istifadədə əlinin olmasına dair iddiaları barədə faktlar təqdim etsinlər.

Vəlid Müəllim qeyd etdi ki, Suriyaya qarşı hər cür hərbi addım İsrail rejimi və Suriya dövləti ilə vuruşan və Əl-Qaidənin tabeliyində olan qiyamçıların maraqlarına ximət edəcək.
Rusiya ABŞ-dan və onu müttəfiqlərindən istəyibdir ki, Dəməşq yaxınlığında kimyəvi hücumun baş verməsinə dair son iddia barədə tələsik hərəkət etməyərək, BMT-nin müfəttişlər qrupunun təhqiqatının nəticələrini gözləsinlər.
Rusiya XİN-in sözçüsü- Aleksandr Lukaşoviç bazar günü Qərbə tövsiyə edibdir ki, Suriya əleyhinə hər cür hərbi addımdan çəkinsin.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu