Son günlər Vaşinqtonun Dəməşqə qarşı hərbi müdaxilə təhdidlərinin davamında, ABŞ-ın müdafiə naziri deyib: ABŞ ordusu prezident Obamanın Suriyaya hücum əmri verəcəyi təqdirdə, onun əmrini icra etməyə hazırdır. Məlumatı əl-Məyadin telekanalı verib.
Bundan öncə ABŞ hökuməti Suriyaya qarşı hərbi seçimdən istifadə ilə bağlı bu ölkə Konqresi ilə məsləhətləşmələrə başlayıb.
ABŞ-ın Nümayəndələr Məclisinin sədri Ağ Evdən istəyib ki, Suriyaya qarşı istənilən hərbi müdaxilənin detalları ilə bağlı Konqresi məlumatlandırsın və bu hərbi əməliyyatların məqsədini aydınlaşdırsın.
Suriya prezidenti Bəşşar Əsəd isə deyir: ABŞ rəsmiləri öncə ittiham irəli sürür daha sonra isə dəlil və sübut axtarmağa başlayırlar.
B.Əsəd hədələyərək bildirib ki, Amerikanın Suriyaya hücum edəcəyi təqdirdə Vyetnamda olduğu kimi məğlub olacaq.
